My Blog List

Friday, October 1, 2010

DİLİMİZİ EVDƏ QOYUB MƏKTƏBƏ GETDİK

Güney Azərbaycanda yeni təhsil ili münasibəti ilə Taehranda çıxan Yarpaq qəzetinin baş redaktoru Eyvaz TAHAnın müraciəti
1
Uşaq‌larımız məktəblərə getdilər, bacı‌larımız, qardaş‌larımız isə universitetlərə. Heç biri‌nin qoltuğunda anadilində bircə kitab yox.

2
Bu yaxın‌larda mədəniyyət nazirliyi iki kitabımın nəşrinə icazə vermkdən çəkindi. Səbəb‌lərin biri bu idi: sən demə kitab‌larımın yazı qaydasında farsca və ərəbchə‌nin sözlərinə saymazlıq‌la yanaşılıb. Dövlt məmurunun argumenti daha qəribə idi: "Fars dili akademiyası belə büyürüb". Söz yox ki , Şərqi Timurun dil akademiyası Burkinafasonun dili barə‌də fikir söylə‌səydi, Təhranın deyingn televızıyası dünya sistemi‌nin ədalət‌sizliyi barə‌də gecə-gündüz dəng edə‌cəkdi bizi. Amma Fars dili akademıyası bütün dil‌ləri farsca‌nın bir ləhcə‌si saydığından, mənim dilimdə bir sətir oxuyub yazmayan adam göstəriş verir ki mən deyən kimi yaz.
Akademiyanın vəzifə‌ləri‌nin yalnız beşinci maddə‌sində, özləri demişkn "yerli mədəniyyət‌lərin qorunub saxlanması"-na işarə olunur. Bu işarə başqa milltə‌lərə korun ışıq saçırsa, cümlə‌nin davamı omidləri puça çıxarır. Bəlli olur ki, akademik‌lər rəsmi dili daha da gücləndirmək üçün ölkə‌nin qıraq‌ـ bucağında gözdən qaçmış "farsca folklor, adlar və istilah‌‌lar"-ı toplamağa vurnuxurlar. Gözlə‌nilməz deyil, bu akademiyanın soy ağacı‌‌nın kökü 1935‌ـci ilə gedib çıxır. Həmin ildə məmaliki-məhrusə‌də yayğın olan Azərbaycan türkcə‌si ilə yanaşı başqa dil‌ləri farscanın xeyrinə məhv etmək üçün birinci akademiya yarandı. İnglis‌lər buyurmuşdular, bir zaman top‌larını Vıena darvazasına söykə‌miş Türk‌lərdən zəhlə‌ləri gedir.
Akademiya çevrə‌ləri guman edirdilər çağdaş nəsl torapağa qarışdıqda dildən yalnız xatirə qalacaq, sonrakı nəsl isə məktəb‌ gücünə kütləyiə sıranmış yeni dilə alışacaq.

3
Nəhayt "bizi buna alışdıracaq‌lar" deyə, 89 il‌dir belə olur. 89 il‌dir zorla verilmiş kitabları qoltuğumuzda saxlayırıq, ana dilimizi isə orə‌iymizdə. Mən Orhan Pamuka yazanda ki, bizim birimiz evimizi itirmişik (qarabağda), o birimiz isə dilmizi (təbrizdə), söz dilin oğurlanmış "yazı"-sından gedirdi, Bi‌riya məzlumıyyəti‌nin bahasına könlümüzdə qoruyub saxladığımız “danışıq dili”-ndən deyil. Hər il dilimizi evdə qoyub məktbə getdik, amma dilsizliyə alışmadıq. Şah‌lar sanırdılar zaman axarında Rza xanın yuxuları çin olacaq, olmadı. Şah deyirdi ordudunun mətbəx işçi‌ləri də mütəcasirlərə (Pişəvəri belə adlandırılmışdı) qulaq burması vermə‌yi bacarırlar. Amma belə olmadı, Pişh‌əvəri doğma kor nifrətimizdə yandı‌sa, Şəhriyarın sadə dilində dilimiz pöhrhə‌ləndi . səbəb aydın‌dır: basqı , zorakılıq və repressiya kimi amill‌lər "meyli" istehsal edir. Repressiya həmişə fövqəlidrakı yovşdurursa, təhtəlidrakın gözlə‌nilməz‌ davranan güclərini oyadır. Dil yaşam ərsə‌sinə fəvəran edir. Dil astaradan Əstərabada qədə‌r ayaqlanıb yeriməyə başlayır, boğuntu il‌lərində "Sazımın sözü" kimi dil abidə‌si yaranır.

4
Uşaq‌larımız məktəblərə getdilər, bacı‌larımız, qardaş‌larımız isə universitetlərə. Heç biri‌nin qoltuğunda anadilində bircə kitab yox. Təki doğma kimlik vergisi beyinlərindən, sevimli anadil sevgisi isə ürə‌k‌lərindən əksik olmasın. Qardaş‌larım, bacılarım məktəb yaddırsa, dili yadırğamayın, dilimizi evinizdə yetərincə öyrə‌nin!

Eyvaz TAHA
Sentyabr 2010

No comments: